Seçki yarışından geri çəkilən ABŞ prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
APA xəbər verir ki, o, bununla bağlı öz şəxsi “X” hesabında paylaşım edib və bu qərarın, onun verdiyi ən yaxşı qərar olduğunu bildirib.
"2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kəmalə Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın bu il namizədi olaraq Kamalanı tam dəstəklədiyimi bəyan edirəm", - deyə Bayden bildirib.