Anbardan "Mercedes" kolleksiyası tapıldı
07 mart 2024 15:20 (UTC +04:00)

Anbardan "Mercedes" kolleksiyası tapıldı

Cənubi Afrikada tərk edilmiş anbarda 200-ə yaxın nadir “Mercedes” avtomobilindən ibarət kolleksiya aşkar edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, maşınlar Cənubi Afrikanın məşhur kolleksiyaçısı Luis Kutzer məxsus olub. Maşınların bir neçə onilliklər ərzində anbarda dayandığı güman edilir. Kişinin qohumları onların varlığından xəbərsiz olublar. Avtomobillər martın 25-də hərracda satılacaq.

Hərrac firmasının mütəxəssisləri qeyd edirlər ki, anbarın sahəsi üç tennis kortu ilə müqayisə olunur. Anqarda onlar 1960-1970-ci illərin istehsalı olan çoxlu “Mercedes” avtomobilləri, həmçinin “Ford”, “Cadillac” və başqalarının modellərini tapıblar.

Qeyd olunur ki, Kutzer uşaqlıqdan avtomobil kolleksiyası ilə məşğul olan tanınmış avtomobil həvəskarı olub. O, ən çox “Mercedes-Benz” markasına üstünlük verib və bir neçə yüz nüsxə toplaya bilib. Onların arasında həm nadir modellər, həm də məşhurlara məxsus olanlar olub. 2020-ci ildə kollektor və həyat yoldaşı qəza nəticəsində ölüb. Sonradan onların varisləri Kutzerin 240 avtomobilini hərraca çıxarıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31689
avatar

Oxşar yazılar