Amerikalı aktyor Alek Bolduin ilk dəfə oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı onun tərəfindən açılan atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə danışıb.
Lent.az-ın CNN telekanalına istinadən verdiyi məlumata görə, A. Bolduin Vermont ştatında onu izləyən paparasiyə bildirib ki, bu, trilyonda bir rast gəlinən bir bədbəxt hadisədir.
Aktyor deyib ki, son 75 ildə çoxlu sayda filmlər və teleşoular çəkilib: “Bu filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi ”.
Yenə də silahlardan istifadəyə nəzarətin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan A. Bolduin “Pas” (Rust) filminin çəkilişinin davam etdirilməyəcəyini düşündüyünü də söyləyib.
Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini söyləyib. İstintaq hələ ittiham irəli sürməyib. Hazırda tapançaya döyüş gülləsinin necə qoyulduğu araşdırılır.
Qeyd edək ki, oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı A. Bolduin ona verilən və gerçək güllə qoyulmadığı bildirilən tapançadan atəş açıb. Nəticədə filmin kinooperatoru Qalina Xatçins ölüb, rejissor C. Souz yaralanıb.

Alek Bolduin, amerikalı aktyor
Alek Bolduin ilk dəfə faciəli ölümdən danışdı
Oxşar yazılar

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49