“Vasya Bandit” ləqəbli “kriminal avtoritet” Albaniyadan Rusiya Federasiyasına ekstradisiya edilib.
Lent.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi “kriminal avtoritet” İqor Kokunovun Albaniyadan Rusiyaya ekstradisiya edildiyi haqda məlumat yayıb.
“Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin və Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Rusiya vətəndaşı İqor Kokunov Tirana beynəlxalq hava limanından ekstradisiya edilib”, - deyə məlumatda bildirilir.
Müstəntiqlərin fikrincə, “Vasya Bandit” ləqəbli cinayətkar 1993-cü ildən müvafiq qeyri-rəsmi statusa və müəyyən təsir dairəsinə malikdir. Deyilənə görə Kokunov qanuni oğru kimi tanınıb və bu, ona Rusiyadakı cinayət strukturlarının fəaliyyətinə nəzarət etməyə imkan verib.
2020-ci ildə orqan cinayət iyerarxiyasında yüksək vəzifə tutma maddəsi ilə cinayət işi üzrə təqsirləndirilən şəxs olub və 2023-cü ilin avqustunda onun barəsində beynəlxalq axtarış təşkil edilib.
Bir il əvvəl Albaniyanın Şkodra şəhərinin məhkəməsi “Vasya Bandit” ləqəbli rusiyalı “kriminal avtoritet” İqor Kokunovun vətəninə ekstradisiyasına razılıq verib.