Ağır zəncirvari qəza:  3 nəfər öldü
19 avqust 2022 04:44 (UTC +04:00)

Ağır zəncirvari qəza: 3 nəfər öldü

Türkiyədə ağır yol qəzası olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Kastamonu-Taşöprü avtomobil yolunun Eşen kəndi ərazisində qeydə alınıb.

4 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Qəzada ilkin məlumatlara görə, 3 nəfər həyatını itirib.

Bir neçə nəfər aldığı bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

# 1983
avatar

Oxşar yazılar