Arizona ştatının Skottsdeyl hava limanında “Bombardier Learjet” təyyarəsi “Gulfstream 2100” biznes təyyarəsi ilə toqquşub.
Lent.az xəbər verir ki, bu barədə “ABC News” Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, “Bombardier” eniş edərkən uçuş-enmə zolağından çıxıb və park edilmiş “Gulfstream”ə çırpılıb.
Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.