Bu görüntülər sizi heyran edəcək: belə də əylənirlər - FOTOLENT
12 yanvar 2020 16:28 (UTC +04:00)

Bu görüntülər sizi heyran edəcək: belə də əylənirlər - FOTOLENT

Qış populyar turizm mövsümünə çevrilib. Qışda dincəlmək istəyənlər heç də yaydakılardan az deyil. Müxtəlif ölkələr isə qışda tətilə çıxmaq ustəyənlərdən özünə uyğun formada istifadə edir. Bəzi ölkələr qış dağ-xizək turizm mərkəzləri yaratmaqla, bəziləri isə turistləri daha maraqlı ideyalarla özünə cəlb etməyə çalışır. Bu mənada artıq buz festivalları turistlərin cəlb edilməsi baxımından qış turizmi sənayesində aparıcı yerlərdən birini tutur. Necə deyərlər artıq qış bir sıra ölkələrin əsas gəlir mənbəyinə çevrilib. İnsanlar buz və qardan müxtəlif heykəllər düzəldərək öz yaradıcılıqlarını nümayiş etdirirlər. Belə bir ənənə artıq dünyanın bir neçə ölkəsində müşahidə edilir. Buz festivallarının ən populyarı isə Çinin Xarbin şəhərində keçirilir. Bundan əlavə, Kanadada və bir sıra Avropa ölkələrində də buz festivalları maraqlı görüntülərlə yadda qalır. 


Lent.az müxtəlif ölkələrdə keçirilən buz festivallarından maraqlı görüntüləri təqdim edir:


Buz şəhərciyi - Xarbin

Xarbin bu gün dünyada daha çox Buz şəhərciyi kimi tanınır. Çinin şimal-şərqində yerləşən bu şəhərdə sakinlər buz heykəllər düzəltməklə turistləri cəlb edirlər. 1963-cü ildən keçirilən və dünyada bu növ ən böyük tədbir hesab olunan Xarbin festivalı çərçivəsində yüzlərlə müxtəlif tədbir, o cümlədən buzdan və qardan düzəldilən fiqurların sərgi və müsabiqəsi, donmuş Sonqxua çayında üzgüçülük turniri daxil olmaqla müxtəlif qış idman növləri yarışları təşkil olunur. 
Xarbində keçirilən festivalda düzəldilən buz heykəllər  yüz minlərlə turistləri heyran qoyur. 


Sapporo Qar Festivalı

Hər il qış fəslində Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilən qar fiqurları festivalı minlərlə turisti bu ölkəyə gətirir. Festival hər il fevral ayının ikinci həftəsində təşkil edilir. Hər ilin qış fəslində təxminən iki milyonadək insan bir həftə ərzində buzdan və qardan düzəldilmiş müxtəlif fiqurlara baxmaq üçün Sapporo şəhərinə axışır. Avrora qülləsindən başlayaraq şəhərin mərkəzi Susikino küçəsi və Odori parkı boyunca düzülmüş müxtəlif ölçülü fiqurlar Sapporonu qar kimi ağappaq nağıllar şəhərinə çevirir. Sapporo festivalının əsası 1950-ci ildə qoyulub. Sapporo qar fiqurlar festivalı artıq məşhur beynəlxalq tədbirə çevrilib və davam etdiyi bir həftə ərzində öz ətrafına milyonlarla insan toplayır. Burada nümayiş etdirilən qar fiqurları isə onlarla ölkədən gəlmiş həvəskar heykəltəraşlar tərəfindən düazəldilir. Burada buz və qardan quraşdırılmış müxtəlif mövzularda əsərlər – Benkamabofit mərmər məbədi, Çan-kay-şi milli xatirə salonu, Əfsanələr aləminə səyahət, Ağ qanadlı şahzadə, Kabuki sarayı və onlarla digər fiqurlar festival iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edir. Burada uşaqların sevimli cizgi filmlərinin, yapon animelərinin çoxsaylı qəhrəmanlarına da rast gəlmək olar.


Valloire beynəlxalq Qar və Buz Heykəlləri festivalı 

Valloire Fransanın ən populyar xizək mərkəzlərindən biri kimi illərdir Beynəlxalq Qar və Buz Heykəlləri Festivalını təşkil edir. Bu festivala gələnlər həm xizək sürür, həm fə dünyada tanınan qar və buz heykəltəraşlarının əsərlərini görmək şansı əldə edirlər. 


Kiruna Qar Festivalı

 


Kiruna Qar festivalı digərlərindən fərqlənir. Çünki bu festivalda qar və buzdan düzəldilən heykəllərlə yanaşı Şimal işıqlarını da görürlər. Festivalın bir bir xüsusiyyəti isə hər yaşdan olan izləyiciyə xitab etməsidir. Uşaqlar üçün qardan düzəldilən oyun parklarının yanında böyüklər üçün təşkil edilən qar “party”ləri olur. 


Brügge Qar Festivalı


Belçikanın Brügge şəhərində keçirilən Qar Festivalı zamanı dünyanın müxtəlif ölkələrini təmsil edən heykəltəraşları bu şəhərə toplayır. 2001-ci ildən keçirilən festivalın iştirakçıları adətən nağıllarla bağlı mövzulara aid işlərini sərgiləyirlər. 
Əsasən, Disney şirkətinin “Frozen” cizgi filminin obrazlarının heykəlləri nümayiş etdirilir. 


Moskva Qar və Buz Festivalı


Hər il yeni ilin gəlişi ilə Moskvada ənənəvi olaraq buz festivalı keçirilir. Festival turistlərin diqqətini cəlb edir. 


Sofiya “Buz fiqur festivalı”

 


Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Buz fiqur festivalı”nda  bir həftə ərzində insanlara donmuş suyun gözəllikləri sərgilənir. Təxminən 100 blok buzdan əldə edilən fiqurlar arasında yer alan "üzərində çətir olan buz topu" qlobal istiləşməni diqqətlər önünə çəkir. Diqqəti cəlb edən digər bir maket buzlu bar olub. Bu buzlu bar üçün xüsusi buz stəkanlar da düzəldilib. Bu stəkanlarda içki də təklif edilir. İki metrlik nəhəng insan fiquru isə gələcəyin telekommunikasiya vasitələrini təmsil edir.

İce Music Festivalı

Musiqi festivallarının təkcə yaz aylarında olduğunu düşünənlər yanılırlar. Norveçdə təşkil olunan bu festival dünyada qışda keçirilən ilk musiqi festivalıdır. Bu festivalda bütün musiqi alətləri buzdan hazırlanır. Musiqi alətləri konsertdən bir neçə saat öncə hazırlanır. Bu musiqi alətlərində səslər hər il bir-birindən fərqlənir. Dünyanın bir çox musiqiçiləri bu festivalda iştirak edə bilmək üçün Norveçə axın edirlər.

Kanada Qar və Buz Festivalı 


Kanadada noyabrdan mart ayına qədər soyuq hava hökm sürür və hər yer ağ qarla örtülür. Buna görə də Kanadanın müxtəlif bölgələrində qar və buz festivalları keçirilir. 


Quebec City Qış Karnavalı


Qış Karnavalı zamanı ümumi buz heykəlləri nümayiş etdirilir. Karnaval hər il 17 gün davam edir.  Dünyanın ən böyük qış karnavallarından olan Quebec Qış Karnavalı, 1894-cü ildən Quebec hadisələrindən sonra təqvimdə əhəmiyyət qazandı. Bundan sonra, minlərlə ziyarətçi soyuq, qarlı qış zamanı bu hadisələri qeyd etməyə başladı. 


Ottava Qış Festivalı 


Kanadanın paytaxtı Ottava şəhərində fevral ayının ilk üç həftə sonu Qış Festivalı keçirilir. Festivalda qar heykəltəraşlıq müsabiqələri, konsertlər təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2270

Oxşar yazılar

Turist vulkana   düşüb öldü

Turist vulkana düşüb öldü

25 iyun 2025 , 14:29
Tiktokeri canlı yayımda öldürdülər

Tiktokeri canlı yayımda öldürdülər

25 iyun 2025 , 13:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

25 iyun 2025 , 13:17
Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

25 iyun 2025 , 13:00
Bəbir 4 yaşlı qızı anasının yanından aparıb yedi

Bəbir 4 yaşlı qızı anasının yanından aparıb yedi

25 iyun 2025 , 11:45
İranda İsrailin inanılmaz sayda  casusu və PUA-sı ələ keçirilib

İranda İsrailin inanılmaz sayda casusu və PUA-sı ələ keçirilib

25 iyun 2025 , 11:15
Daha 3 Mossad casusu edam olundu

Daha 3 Mossad casusu edam olundu

25 iyun 2025 , 10:30
İsrailin Qəzzanı VURDU:  azı 21 nəfər həlak oldu

İsrailin Qəzzanı VURDU: azı 21 nəfər həlak oldu

25 iyun 2025 , 07:46