93 yaşlı anası  ilə paraşütdən tullandı-FOTO
03 noyabr 2024 07:56 (UTC +04:00)

93 yaşlı anası ilə paraşütdən tullandı-FOTO

58 yaşlı almaniyalı Lutz Birnbax paraşütlə tullanma üzrə təlimatçıdır.

Lent.az “Bild” nəşrinə istinadən xəbər verir ki, O, on mininci tullanışını xüsusi şəkildə qeyd etmək qərarına gəlib.

Belə ki, Birnbax növbəti tullanışını 93 yaşlı anası Mari-Luiza ilə birlikdə həyata keçirib.

Onlar 4000 metr hündürlükdən tullanıb.

Təqaüdçü üçün bu, oğlu ilə dördüncü tandem tullanışıdır.

O, bunu ilk dəfə beş il əvvəl, 88 yaşında olarkən etməyə cəsarət edib.

Oğlu ona söz verib ki, növbəti dəfə iki ildən sonra, anası 95 yaşını qeyd edəndə yenidən bunu təkrarlıyacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar