22 yaşlı qadın doğuşdan 1 həftə sonra  hamilə qaldı
11 fevral 2025 17:14 (UTC +04:00)

22 yaşlı qadın doğuşdan 1 həftə sonra hamilə qaldı

ABŞ-da qadın ilk övladının doğulmasından bir həftə sonra ikinci dəfə hamilə qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Atlantada yaşayan 22 yaşlı Ceylin bu ilin yanvarında qızı Amoranı dünyaya gətirib. Uşaq vaxtından əvvəl doğulub, lakin Amoranın səhhətində problem olmayıb. Qızı dünyaya gəldikdən sonra Ceylinə altı həftə cinsi əlaqədən uzaq durmaq məsləhət görülüb. Ancaq o, doğuşdan bir həftə sonra hamilə qalıb.

Sosial şəbəkələrdə gənc ana övladını ana südü ilə qidalandırdığı üçün hamilə qala biləcəyini ağlına belə gətirmədiyini bildirib. Ancaq doğuşdan cəmi bir ay sonra o, qarnının aşağı hissəsində sancılar və ağrılar hiss edib, həkimlər əvvəlcə bunun doğuşdan sonra yaranan fəsadlar olduğunu deyiblər. Amma testlər aparandan sonra məlum olub ki, Ceylin üç həftəlik hamilədir.

Qadın etiraf edib ki, o, bundan utanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728

Oxşar yazılar