11 yeni doğulmuş uşaq  yanğında öldü
26 may 2022 06:19 (UTC +04:00)

11 yeni doğulmuş uşaq yanğında öldü

Seneqalın Tivauan şəhərində xəstəxanada yanğın baş verib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Seneqal prezidenti Makki Sal məlumat verib.

Onun sözlərinə görə, baş verən yanğında ən azı 11 yeni doğulmuş körpə ölüb.

“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyü barədə xəbər məni odqca dəhşətə gətirdi”, - deyə o “Twitter” səhifəsində yazıb.

Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.

# 1887
avatar

Oxşar yazılar