10 ildir  kanalizasiya quyusunda yaşayırdı, xilas edildi
23 fevral 2024 11:06 (UTC +04:00)

10 ildir kanalizasiya quyusunda yaşayırdı, xilas edildi

Rusiyanın Samara vilayətində 10 ildən artıqdır kanalizasiya quyusunda qalan şəxs xilas edilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə bloqqer Anton Qletçerov məlumat yayıb. Onun sözlərinə görə, Tolyattidəki Lenin bulvarında 10 saylı evin yaxınlığında Aleksandr adlı şəxs tapılıb.

“Deyə bilərəm ki, xilas olunub çıxarılanda Aleksandr sərxoş deyildi. O, çox sağlam görünsə də, çox nəzakətlə, bircə dənə də olsun nalayiq söz demədən danışırdı” deyə bloqqer bildirib.

Kişi qışın soyuğunda quyu isti olduğu üçün orada yaşadığını bildirib. O, Qletçerova sığınacağa köçməyə hazır olduğunu bildirib və hətta iş tapacağına söz verib.

Məlumata görə, Aleksandrın həyat yoldaşı onu 15 il əvvəl tərk edib. Yaxınları onun öldüyünü düşünüblər. Bloqqer Aleksandrın hekayəsini dərc edəndə kişinin qohumları ona məktub yazıblar. Onların sözlərinə görə, Aleksandr Ulyanovsk vilayətindəndir və 52 yaşı var. Qeyd olunur ki, qohumları kişini özləri ilə yaşamağa aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5756

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23