Rusiya: ABŞ narkotiklərə və narkobaronlara qarşı mübarizə aparmır
17 noyabr 2009 11:15 (UTC +04:00)

Rusiya: ABŞ narkotiklərə və narkobaronlara qarşı mübarizə aparmır

Əfqanıstan heroin, həşiş və marixuana istehsalı üzrə liderdir

Rusiya ABŞ-ı Əfqanıstanda narkotik bitkilərin yetişdirilməsi və ixracına, o cümlədən narkobaronlara qarşı mübarizə aparmaq istəməməkdə günahlandırıb.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə narkotik vasitələrin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin sədri Viktor İvanov açıqlama verib.

Federal Xidmətin sədri bildirib ki, ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbrukla görüşün nəticəsində bu qənaətə gəlib. Viktor İvanov vurğulayıb ki, Vaşinqtonun bu məsələyə yanaşması birtərəflidir və effektiv deyil, çoxminli hərbçilər sadəcə, Əfqanıstanda gərginliyi artırmağa xidmət edir.
O qeyd edib ki, son illər Əfqanıstan dünyada nəinki heroin istehsalı üzrə liderdir, hətta həşiş və marixuana istehsalı üzrə də birinciliyi ələ keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar