Aydın Doğan “Milliyet”i satışa çıxardı
10 noyabr 2009 16:00 (UTC +04:00)

Aydın Doğan “Milliyet”i satışa çıxardı

Alıcıların arasında Telman İsmayılovun da adı hallanır
Uzun müddətdir Türkiyənin nəhəng şirkətlərindən olan “Doğan Holdinq”ə ya yeni ortaq gətiriləcəyi, ya da holdinqə daxil olan KİV-lərin satılacağı barədə söhbətlərə aydınlıq gəlir.

Lent.az-ın “gazeteciler.com” saytına istinadən verdiyi xəbərə görə, “Doğan Holdinq” 4,8 milyard lirəlik vergi cəzasını ödəmək üçün müvafiq qərar verib.

Belə ki, “Doğan Holdinq” özünə yeni ortaq seçməyəcək. Əvəzində, “Milliyet”, “Vatan”, “Posta” və “Radikal” kimi qəzetlərini satacaq. Artıq bununla bağlı qərar verilib. Qəzetlərin alıcısının isə Almaniyanın “Axel Springer” firması olduğu bildirilir.

İddialara görə, holdinqin sahibi, media maqnatı Aydın Doğanın media qurumlarını iki paketdə satmağı planlaşdırır.

Birinci paketdə “Milliyet”, “Vatan” və “Radikal” qəzetləri, ikinci paketdə isə “Hürriyet” qəzeti və “Kanal D” televiziyası yer alıb. Ancaq ikinci paketinin satının reallaşıb-reallaşmayacağı qətiləşməyib.

Mövzu ilə bağlı “Doğan Holdinq”in sabah birjaya açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, bir müddət öncə məşhur “Hürriyet” və “Milliyet” qəzetlərinin azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən alınacağı da bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar