Dünya bu dəhşətli canlıdan danışır
01 sentyabr 2009 13:00 (UTC +04:00)

Dünya bu dəhşətli canlıdan danışır

Elm adamları şoka düşüb...


2007-ci ildə Meksikada bir fermer tərəfindən öldürülən, bəzilərinin başqa planetdən gəldiyini iddia etdiyi, bəzilərinin kəşf edilməmiş heyvan növü saydığı canlı dünyanı şoka salmaqda davam edir.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ən müasir avadanlıqlarla təchiz olunmuş 4 elmi laboratoriya bu canlıda DNT aşkarlaya bilməyib. Alimlərə görə, ya bu canlıda DNT yoxdur, ya da var, amma mövcud avadanlıqlar bunu aşkarlaya bilmir.

“Bild am SONNTAG” qəzetinin müxbiri Mixael Remke bu canlını görmək üçün Meksikanın Metepec şəhərinə gedib. O yazıb ki, cəsədi saxlanan bu canlının göz çuxurları insanı qorxudur.

Fermanın işçisi Fransisko Qarsiya jurnalistlə söhbətdə deyib ki, 70 santimetr hündürlüyündə insan görüb. Həmin cırtdan insan fermanın qapısından çıxıb və sürətlə oradan uzaqlaşıb.

Fermer, ixtisasca baytar olan Marko Salazar bildirib ki, həmin canlını bir anlıq qorxu hisinin təsiriylə boğaraq öldürüb. O, indiyə qədər belə bir canlını görmədiyini söyləyib. Marko Salazar qeyd edib ki, bu canlının çənə quruluşu, dişləri kərtənkələyə bənzəyir, ancaq qulaqları və ümumi sifət quruluşu insana oxşayır.

Fermer öldürməmişdən əvvəl fotoaparatla bu canlının şəkillərini çəkdiyini və həmin şəkilləri yaxın zamanlarda yayımlayacağını nəzərə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar

Koronavirusun yay dalğası gəldi:  FLiRT sürətlə yayılır

Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır

28 iyul 2024 , 00:30
Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31