Dünyanın ən nüfuzlu qadınlarının siyahısı açıqlandı
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, siyahıda Almaniya kansleri Angela Merkel 2009-cu ilin 100 ən görkəmli qadını siyahısında birinci yeri tutub.
Merkel artıq 4-cü dəfə bu jurnal tərəfindən lider kimi göstərilib. O, ilk 10-luqda yer alan yeganə siyasi xadimdir. Argentina prezidenti Kristina Fernandes de Kirşner, Çili lideri Mişel Baçelet, Ukraynanın baş naziri Yuliya Timoşenko kimi görkəmli siyasətçilər müvafiq olaraq, 11, 22 və 47-ci pillələrdə qərarlaşıblar. ABŞ prezidenti Barak Obamanın xanımı Mişel isə 40-cı yerlə kifayətlənib.
İkinci yerdə ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyasına rəhbərlik edən Şeyla Beyr, üçüncü pillədə isə “Pepsi” Korporasiyasının icraçı direktoru İndra Nuyi (ABŞ) qərarlaşıb. Rusiyanın heç bir nümayəndəsinin yer almadığı siyahıda Türkiyəni yalnız bir nəfər təmsil edir. Bu, “Sabancı Holdinq”in İdarə Heyətinin sədri Gülər Sabancıdır. Sabancı siyahıda 27-cidir.
Qeyd edək ki, ən görkəmli qadınların reytinqi mətbuatda onların adlarının hallandırılma sayı və nəzarət etdikləri təşkilatların miqyası ilə ölçülür.

Oxşar yazılar

ABŞ-da ATIŞMA: 3 nəfər öldü, yaralılar var
9 aprel 2025 , 06:54
Dominikanda gecə klubu uçdu: 79 nəfər öldü
9 aprel 2025 , 05:50
İsrail "Hizbullah"ın silah anbarını vurdu
9 aprel 2025 , 04:26
İstanbul yaxınlığında tanker yanıb
8 aprel 2025 , 21:30
Öz toyunda yerə pul səpən bəy həbs olundu
8 aprel 2025 , 18:19
Gözəllik kraliçası zəlzələdə öldü - Uşağını xilas etməyə gəlmişdi
8 aprel 2025 , 14:40
Yuxuda gəzən kişi 120 metr hündürlüyündə krana çıxdı
8 aprel 2025 , 13:58