Türkiyədə kişi binada özünü asıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Arnavutköy adlanan ərazidə baş verib.
Psixoloji problemləri olduğu deyilən 53 yaşlı Nasif M. binanın sonuncu mərtəbəsinin pəncərəsində özünü asıb. Bu anlar telefon vasitəsilə lentə alınaraq sosial şəbəkədə yayılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.