Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) pensiyanın yenidən hesablanması ilə bağlıdır.
Vətəndaş pensiya təyin olunduqdan sonra 6 il işləməsinə baxmayaraq pensiyanın yenidən hesablanması ilə bağlı müraciət edə bilərmi?
Yaşa görə əmək pensiyası təyin edilmiş şəxsin pensiyası pensiya təyin edildikdən sonra 6 il işlədikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada (37.3.2-1-ci maddəsində göstərilənlər istisna olunmaqla) yenidən hesablanır.