6 problemi olan ölkə, buddizmə hörmət edən katolik və... atasının qızı! – HEKAYƏT
Doris Lutard (Doris Leuthard) İsveçrəli siyasətçi və hüquqşünasdır. 1999-cu ildən 2006-cı ilə kimi İsveçrə Milli Şurasının üzvü olub və Xristian Demokrat Xalq Partiyasına başçılıq edib. 2006-cı il avqustun 1-dən İsveçrə Federal Şurasının üzvü və iqtisadiyyat naziri olub.
2010-cu ildə İsveçrənin prezidenti seçilib!
Doris Lutard 1963-cü ilin aprelin 10-da Merenşvand, Arqauda dünyaya gəlib. O, İsveçrə üçün tipik olmayan böyük bir ailədə böyüyüb. Valideynləri, üç qardaşı, nənəsi və yaxın qohumlarının əhatəsində böyüyən Dorisin uşaqlıq illəri çox maraqlı keçib. Atası peşəkar siyasətlə məşğul olub. Xanım Lutard özü bu haqda danışarkən deyirdi: “İş günlərində atam evə günorta saatlarında gəlir, nahar edir, 12.30-da radioda xəbərləri dinləyir və qısa fasilədən sonra işə qayıdırdı. Amma bazar günlərini atam ailəsinə həsr edirdi və bizim aramızda sözün həqiqi mənasında intellektual döyüş gedirdi… Məsələn, atam qadınlara uşağın qayğısına qalmaq üçün analıq məzuniyyəti verilməsinin əleyhinə idi”. (Bu yerdə qeyd edək ki, Doris Lutard qadınlar üçün bərabər imkanlar uğrunda mübariz kimi tanınıb).
Atası haqqında fikirlərinə davam edən Doris əlavə edir: “Onun üçün qadının rolu sadəcə evdə qalmaq, ev işləri ilə məşğul olmaq və uşaq böyütməklə yekunlaşırdı. Digər fikir ayrılığı İsveçrə ilə Avropa Birliyinin münasibətləri idi. Mən İsveçrənin Avropa Birliyinə daxil olmasının tərəfdarı idim, ancaq atam buna qarşı çıxırdı. O, Avropanı pis tanıyırdı. Atam kilsə şurasının üzvü idi və dinin, Papanın tənqid olunmasını qətiyyən qəbul etmirdi. Anam azad birgə yaşamağa və kontrasepsiya əleyhinə olan kilsəyə tənqidi münasibəti, özünün açıqfikirliliyi, mühakimələri ilə mənə daha yaxın idi”.
“Bütün bunlara baxmayaraq, atam idealım idi”
- deyən Lutard, atasının xristian-demokrat siyasi xəttinə daim sadiq qaldığını, işçiləri və sosial ədaləti müdafiə etdiyini, heç zaman intriqa ilə məşğul olmadığını vurğulayır. “O, başqalarını provokasiyaya cəlb etmədi və həmişə başqalarını öz fikirləri, sözləri ilə yaralamamağa cəhd edirdi. Çox sadə həyat yaşadı, buna baxmayaraq o çox səxavətli adam idi və həmişə başqaları üçün həyəcan keçirirdi. Atamın dürüst və səmimi davranışı mənim üçün həmişə ideal idi. Mənim düşüncəmə görə, bu, etimad qazanmaq və siyasətdə nəyəsə nail olmaq üçün yeganə yoldur”.
“Federal Sarayda siyasətlə bu cür məşğul olmaq tərzinə indiyədək inanırsınızmı?” – 2006-cı ildə seçkilərdən dərhal sonra jurnalistlər ona belə bir sualla müraciət etdilər.
- Bəli, mən bu cür hesab edirəm – Doris Lutard cavab vermişdi – İntriqalardan, hiylələrdən və kollegiallıq qaydalarına sayğısızlıq göstərilməsindən imtina etmədən; düşündüklərini axıradək söyləmədən işləri başqa cür irəlilətmək mümkün deyil. Atamın bu prinsipləri mənim də şəxsi prinsiplərimə çevrilib. Hər zaman güzgüyə vicdan əzabı çəkmədən baxmaq istəyirəm!
Tarixə dönən illər
Doris Lutard 1991-ci ildə Sürix Universitetinin hüquq fakültəsini bitirərək, vəkil diplomu aldı. 1993-cü ildə Myuridə (Arqau kantonunda) Xristian-Demokratik Partiyasının məktəb komissiyasının üzvü qismində öz siyasi fəaliyyətinə başladı.
1997-ci ildə Arqaunun (kanton hökumətinin) Böyük Şurasına seçildi.
1999-cu ildə İsveçrə Milli Şurasına seçildi və 2006-cı ilə qədər burada fəal çalışdı.
2004-cü ildən 2006-cı ilə qədər o, İsveçrənin Xristian Demokratlar Partiyasına başçılıq etdi.
1 avqust 2006-cı ildən İsveçrə Federal Şurasının üzvüdür. Elə həmin zamandan Doris Lutard iqtisadiyyat naziri, yəni İqtisadi İşlər üzrə Federal Departamentin başçısı vəzifəsində çalışıb.
Cozef Deisin Federal Şuradan istefasından sonra – 2006-cı il iyunun 14-də Xanım Lutard onun davamçısı seçilib. O, 234 səsdən 133-nü qazanıb və Federal Şuranın 109-cu üzvü (5-ci qadın üzvü) olub.
Deyirlər ki, Doris Lutard Federal Şurada “heç bir psixi dram” olmadan, asanlıqla və yüngül şəkildə seçilmiş ilk siyasətçi olub. Onun özü isə hesab edir ki, sadəcə olaraq hökumətə daha bir qadının seçilməsi lazım olduğu anda gəlib çıxıb. “Mənim kişi həmkarlarım da yəqin ki, öz namizədliklərini irəli sürmək istəyiblər, lakin qadın qatili imicindən qorxublar, necə deyərlər, bəxtim gətirdi”, - o gülür...
2009-cu ildə Doris İsveçrə Konfederasiyasının vitse-prezidenti seçilir və o, lazım gəldikdə prezident Hans-Rudolf Mersi postunda əvəz etmək səlahiyyətinə malik olur (başqa sözlə, prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, yaxud istefa verdikdə onun səlahiyyətləri yeni prezident seçilənə qədər ona – vitse-prezidentə keçirdi).
...Bern. İsveçrənin iqtisadi və xalq təsərrüfatı naziri Doris Lutard könüllü şəkildə bir işsizin xeyrinə öz illik əmək haqqının on faizindən imtina edir. Maraqla sual olunurdu: “Bu “layihəyə daxil edilmiş” xoşbəxt insan kimdir?”
Tessin kantonunda televiziya ilə çıxışında kütləvi informasiya vasitələri ilə əlaqəyə məsul olan Annet Bundi nazirin fikrini səsləndirir: “Bu şəxs ali məktəbin məzunu ola bilərdi...” Bu 40 min frank sayəsində iqtisadiyyat departamentində əlavə iş yeri açmaq mümkün idi. Paralel şəkildə bu müqavilənin qüvvədə olma müddətini 1 ilə məhdudlaşdırmaq təklif olunur və təbii, yenə sual olunur, yenə maraq güc gəlir: “Digər nazirlər Doris Lutardın atdığı addımı təkrarlayacaqlarmı?”
“Mən heç bir vəchlə kiməsə təsir göstərmək istəmirəm”
Politoloq Requla Ştempfli xanım Lutardın bu təşəbbüsündən olduqca ruhlanıb: “Nəhayət, kimsə gerçək siyasətlə məşğul olmağa başlayıb”. Doğrudur, iqtisadiyyat nazirinin bu jesti simvolik xarakter daşıyır, lakin hələ bu vaxtadək heç bir bankir, heç də kasıb olmayan heç bir şəxs bu cür jesti göstərmək niyyətində olmamışdı.
2009-cu ildə Lutard İsveçrənin vitse-prezdienti seçilməsi 2010-cu il seçkilərində onun qələbə qazanmasına şərait yaratdı.
İsveçrənin üçüncü qadın, ilk gənc prezidenti
Xanım Prezident öz işinə – səlahiyyətlərinin icrasına başlamadığı vaxtlar, ictimai fikirdə belə bir mülahizə vardı ki, “2010-cu ildə İsveçrə prezidentinin iştirak edəcəyi bütün beynəlxalq səfərlər və siyasi tədbirlər zamanı bütün qəzetlərin birinci səhifəsində və bütün telekanalların xəbər reportajlarında yer alacaq. 2010-cu ildə keçiriləcək tədbirlərin baxımlı və yaddaqalan olmasında Doris Lutard kimi gözəgəlimli qadının və ehtiraslı siyasətçinin böyük rolu olacaqdır...”
Maraqlıdır ki, Lutard özü atasının qanuni nikah haqqında vəsiyyətlərini pozmaqdan qorxmamış və uzun müddət qeyri-rəsmi nikahda yaşamışdı. Yalnız 1999-cu ilin son günündə – 31 dekabrda o, köhnə dostu və siyasi tərəfdaşı, fizika sahəsi üzrə alim Roland Hauzinlə ailə həyatı qurdu. Onlar artıq 20 il idi ki, bir-birini yaxından tanıyırdılar. Buna görə də İsveçrə prezidentinin rəsmi adı tam olaraq – Doris Lutard Hauzindir.
Hauzin adı Doris Lutardın Milli Şurada işlədiyi ilk illər istifadə edilirdi, sonralar evlilikdən uzun müddət qabaq tanındığı və demək olar ki, siyasi karyerasını yaradan qızlıq soyadına üstünlük verilərək bu soyad bir balaca kənara qoyuldu. Rəsmi qəbullarda siz indi Roland Hauzin soyadına rast gələ bilməzsiniz; internetdən də bu cütlüyün şəkilləri yığışdırılıb. Bəlkə də bu cür məxfiliyin sayəsində, xanım prezidentin ailə həyatında hər şeyin öz qaydasında olduğu məlumdur.
Buddizmə sayğılı katolik
Rəsmi şəkildə Doris Lutard katolikdir, lakin bundan başqa o, buddizmlə də yaxından maraqlanır. Buddizmə etiqad edən əhalinin yaşadığı Tailanda, Vyetnama, Kambocaya, Malayziyaya və digər ölkələrə səfəri haqda məmnuniyyətlə söhbət açır – onun fikrincə, onlar avropalılardan daha xoşbəxtdirlər və maddi nemətlərə o qədər də böyük önəm vermirlər. (Doğrudur, bu barədə onunla mübahisə etmək olar, lakin hərənin bir fikri var. Ayrıca, inanclı insanın mövqeyi hörmətə layiqdir).
Poliqlot kimi...
Xanım Lutardın doğma dili alman dilidir, sevimli dili isə fransız dili. Gimnaziyanı bitirdikdən sonra o, bir müddət öz əmisi qızının yanında Parisdə yaşayıb və burada dil kurslarına gedib. O, həm də italyan dilində danışır – ailənin bir hissəsi Tiçinoda yaşayırdı və valideynləri uşaqları çox vaxt tətil zamanı oraya göndərirdilər. Beynəlxalq ünsiyyət üçün rəsmi dil olan ingilis dilindən Lutard ərinin bir vaxtlar müqavilə üzrə çalışdığı Kanadada yaşadığı zaman istifadə etmişdi. Xanım siyasətçi ingilis dilini sevmədiyini, gizlində də olsa etiraf edir. Özü üçün isə vaxtı ilə latın dilini öyrənmişdi.
İsveçrədə məktəb təhsilinə gəldikdə isə, Lutard məktəblilərin ilk öncə öz ölkələrinin dilini öyrənmələrinə üstünlük verir. Məsələn, ölkənin almandilli hissəsinin uşaqları fransız dilini, fransızdillilər isə alman dilini öyrənsinlər. Yalnız bundan sonra onlar ingilis dilini öyrənməyə başlasınlar. Bu süjet son illər İsveçrə ictimaiyyəti arasında müzakirə olunmaqdadır, prezidentin mövqeyinin dillər barədə sualın həllinə təsir göstərib-göstərməyəcəyini görmək maraqlı olardı.
Təəssüf ki, Doris Lutardın siyasi fəaliyyəti zamanı onu İsveçrənin Roman dilinin daşıyıcıları yaşayan hissəsində nadir hallarda görüblər. Ölkənin bütün hissələrində federal məsləhətçi xanıma qarşı böyük simpatiyaya baxmayaraq, Roman dilinin daşıyıcıları yaşayan hissədə o, naməlum olaraq qalır. Bununla bağlı onun özü İsveçrənin fransız dilinin daşıyıcıları yaşayan hissəsini Avropa ilə, xüsusilə də Cenevrə kimi beynəlxalq şəhərlə bağlı daha açıq hesab edir. Öz prinsipial məramı ilə prezident postunda Lutard artıq İsveçrənin əvvəlki imicinə qayıtdığını və tarixən Konfederasiyanın müttəfiqləri olan ölkələrlə qarşılıqlı əlaqələrin bərpa olunduğunu (və sürətləndiyini) açıqlayıb.
6 əsas problem
“Le Matin” qəzetinin proqnozuna (şərhinə) görə Doris Lutardın, prezidentliyi dövründə (özəlliklə, ilk ildə) xarici siyasətdə üzləşəcəyi 6 əsas problem var:
Fransa ilə bağlı:
- Roman Polanskinin həbsi;
- İsveçrədə öz ölkələrində vergilərdən yayınan müxtəlif ölkələrin çoxlu sayda vətəndaşlarının yaşaması və banklarda hesablara malik olmaları ilə bağlı “Vergi müharibəsi”;
- Erve Falçianinin işi və bankdan dosyenin oğurlanması.
Almaniya ilə bağlı:
- Yenə həmin “vergi müharibəsi”;
- İsveçrəlilər və öz evlərində işsizlik şəraiti ucbatından pul qazanmaq üçün İsveçrəyə gələn almanlar arasında qarşılıqlı münasibət.
Bütün Avropa İttifaqı ilə bağlı:
- İsveçrədə bank sirrinin ləğv edilməsi və ya saxlanması.
ABŞ-la bağlı:
- Xatırladaq ki, İsveçrə diplomatik vasitəçilik qismində Amerikanın maraqlarını Kuba və İranda təmsil edir və bu işinə görə hər növ hörmətə layiq ola bilərdi. Lakin Amerikanın vergi idarələri 2009-cu ildə İsveçrənin UBS bankına qarşı məhkəmədə iddia irəli sürdükdən sonra və Roman Polanski ilə bağlı prosesin necə inkişaf edəcəyinin müəmmalı qalması səbəbindən İsveçrə və ABŞ arasında münasibətlər kifayət qədər gərgin olaraq qalmaqdadır.
Liviya ilə bağlı:
- Prezident Mers və polkovnik Qəddafi arasında sonuncunun oğlunun Cenevrədə həbs edilməsi və ilyarım Liviyada saxlanılmış iki İsveç girovunun işi ilə əlaqədar yaranan və indiyədək miras qalmış qarşıdurma.
Və nəhayət, bütün ərəb ölkələri ilə bağlı:
- Müsəlman aləmində İsveçrədə keçirilən və minarələrin tikilməsinə qadağan qoyan noyabr referendumu çox pis qarşılanıb. Doris Lutard siyasi durumu yaxşılaşdırmaq üçün bu və ya digər ərəb ölkəsinə səfər etmək zərurətini istisna etmir.
Və nəhayət,
Doris Lutard o qadın liderlərdəndir ki, onun haqqında yalnız keçmişdə deyil, onun ancaq keçmişi haqqında deyil, həm bu günü, həm də gələcəyi haqqında danışa bilərik. Aydın olduğu kimi, buna onun yaşı, xarakterik xüsusiyyətləri, perspektiv imkanları şərait yaradır. Lutardın tarix baxımından o qədər də böyük olmayan keçmişi nə vəd edir? Bu “vəd”in formalaşmasında iştirak edən amillər – ailə, tərbiyə aldığı mühit, təhsili, düşüncələri, gənc yaşında əldə etdiyi böyük siyasi nəticələr daha nəyi ehtiva edir? Onun perspektivi necə bir şəkillənməyə doğru gedir? 5-6 ildən sonra onun haqqında yazanlar “siyasət sonrası həyatı”nımı, yoxsa yeni siyasi uğurlarınımı qələmə alacaq?!
Yaşayarıq görərik!
Hələlik isə, artıq adını TARİXƏ yazmış bu ağıllı, savadlı, işgüzar, prinsipial QADINA, ŞƏXSİYYƏTƏ, LİDERƏ uğurlar arzulayırıq! İnanırıq ki, dünya hələ ondan çox danışacaq!

638