Dahiyanə soyğunçuluq
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, quldurlar Floridada bankı soyub və polis koridorundan maneəsiz çıxmağı bacarıblar.
ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, 3 soyğunçu bu səhər bankın xəzinədarını tutaraq, onun sinəsinə bombanı xatırladan qurğu bağlayıblar. Onlar qorxudan özünü itirən xəzinədarın köməyi ilə ABŞ-ın ən böyük bankının Floridadakı yerli şöbəsini talayıblar.
Soyğun sona çatana yaxın isə bankın binası polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Ancaq soyğunçular qırmızı rəngli “Ford Mustang” minik avtomobili ilə aradan çıxmağı bacarıblar. Soyğunçuların polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının mühasirəyə aldığı binadan necə qaçdıqları sirr olaraq qalır. Binanın olduğu küçə indiyə qədər də polisin tam mühasirəsindədir.
Hazırda polis quldurları axtarır.

Oxşar yazılar

Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr endirdi
16 iyul 2025 , 05:32
Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36