Lukaşenko namizədliyini irəli sürdü
Belarus prezidenti Aleksandr Lukaşenko onun namizədliyini irəli sürən təşəbbüs qrupunun qeydə alınması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə. Aleksandr Lukaşenko dekabrın 19-da keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək istəyən 14-cü iddiaçıdır.
Aleksandr Lukaşenkonun namizədliyini irəli sürən təşəbbüs qrupuna təhsil naziri Aleksandr Radıkov rəhbərlik edir, qrupa 8 min 403 nəfər daxildir. Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunun qeydiyyatı məsələsinə sentyabrın 27-də keçiriləcək iclasında baxacaq.
Prezidentliyə namizədlər qeydiyyata alınmaları üçün 30 sentyabrdan 29 oktyabra qədər 100 mindən az olmayaraq imza toplamalıdırlar. Noyabrın 13-də potensial namizədlər Mərkəzi Seçki Komissiyasına gəlirləri və mülkiyyətləri barədə bəyannamə təqdim etməlidirlər. 13-23 noyabr tarixlərində prezidentliyə namizədlər qeydə alınacaqlar.
Aleksandr Lukaşenko ilə bərabər biznesmen Vladimir Provalski, “Həqiqəti danış!” İctimai hərəkatının lideri və müğənni Vladimir Neklyayev, sanitar Natalya Starikova, iqtisadiyyatçı Viktor Tereşenko, işsiz İlya Dobrotvor və digərləri də prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Oxşar yazılar

Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr endirdi
16 iyul 2025 , 05:32
Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36