2100 yaşı olan həb tapıldı!
İtaliyalı arxeoloqların Toskan sahillərində aşkarladıqları, qoz ağacından düzəldilmiş qədim gəmidə 2100 yaşı olan həb tapılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, arxeoloqlar Suriyada hazırlanmış bu qədim gəmini hələ 1989-cu ildə tapıblar.
Müxtəlif bitkilərdən hazırlanmış həbi alimlər indi DNT analizdən keçirə biliblər. Bu dərmanın hazırlanmasında 10-dan çox bitki cövhərindən, o cümlədən hazırda tibdə populyar olan qibiskus və kərəvizdən istifadə olunub.
Araşdırma zamanı digər maraqlı fakt da ortaya çıxıb. Gəmidə günəbaxan tapılıb. Bu vaxta qədər alimlər hesab edirdilər ki, günəbaxanı avropalılar 16-cı əsrdə Amerika qitəsindən gətiriblər. Əgər botaniklər gəmidəki günəbaxanın təsadüfən onun göyərtəsinə düşdüyünü bildirsələr, günəbaxanın Avropaya Amerikadan gətirilməsi barədə baxışlar dəyişməli olacaq.

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47