ABŞ Ordusunun İraqa daxil olmasından 6 il ötür
İndiyədək İraqda 91121 mülki şəxs ölüb, 3 milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb
Bu gün ABŞ Ordusunun İraqa daxil olmasından 6 il ötür.
Lent.az-ın məlumatına görə, 2003-cü il martın 20-də koalisiya qüvvələri İraqa daxil olub. Bu müddətdə ölkədə hakimiyyət dəyişsə də, ümumi vəziyyətdə ciddi bir dəyişiklik hiss olunmur. Yaşayış səviyyəsi aşağı olan ölkədə demək olar ki, hər gün törədilən partlayışlar, terror hadisələri parlaq gələcək vəd etmir.
Silahlı qarşıdurmalar davam edir və bu gün iraqlıların sadəcə, 59 faizi həyatına təhlükə olmadığını düşünür.
Rəsmi məlumatlara əsasən, hazırda ölkədə 138 min amerikan hərbçi var. Ümumilikdə isə 31 ölkənin hərbçiləri xidmət edirlər.
Bu müddətdə 4259 amerikan hərbçi həlak olub, 31102 hərbçi yaralanıb. ABŞ istisna olmaqla, koalisiya qüvvələri 307 hərbçi itirib.
İndiyədək İraqda 91121 mülki şəxs ölüb, 3 milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb.

1592