Fətulla Gülən “Ergenekon”dan danışdı
Nurçuluq cərəyanının lideri, uzun illərdir, ABŞ-da mühacirət həyatı yaşayan Fətulla Gülən hələlik Türkiyəyə dönmək niyyətində deyil.
Lent.az-ın məlumatına görə, Fətulla Gülən “Sabah” qəzetinin əməkdaşı Mahmud Övürə müsahibəsində maraqlı açıqlamalar verib. O, ölkəsinə qayıtması üçün hüquqi cəhətdən heç bir problem olmadığını deyib, əlavə edib ki, belə bir addım atması hökuməti çətin vəziyyətə salar: “İndi qayıtmağı düşünmürəm, hisslərlə hərəkət etməməliyik, bəraət almışam, amma qayıtmağım bəzi problemlərə səbəb ola bilər, bunu da hökumətin üstünə atarlar”.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Davos Forumundakı hərəkətinin doğru olduğunu deyən Gülən onun Türkiyədə Osmanlı padşahı Yavuz Sultan Səlim kimi qarşılandığını xatırladıb.
Nurçuların lideri “Ergenekon” məsələsinə də münasibət bildirib, həbs olunan generalların səhhətlərində problem yaranması səbəbi ilə azadlığa buraxılmasının narahatlıq yaratdığını söyləyib: “Bu işin getdikcə qeyri-ciddi hal alması narahatlıq doğurur. Mən də bu fikirdəyəm. Mütəmadi olaraq, Silivri həbsxanası ilə Gülhanə Hərbi Tibb Akademiyası arasında get-gəl müşahidə olunur. Bu işdə bir fırıldaq var. Hökumətə qarşı bəzi haqq-hesab çürütmək məsələləri də sezilir. Bunlar heç ürəkaçan şeylər deyil”.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49