Türkiyənin hakim partiyasında seks qalmaqalı
Turqut Altınokun namizədliyini geri götürməsinə səbəb seks kasetinin olduğu bildirilir
Ankaranın Keçiörən rayonunun bələdiyyə sədri Turqut Altınokun martın 29-da keçiriləcək bələdiyyə seçkisinə qatılmaqdan imtina etməsinin səbəbi ilə bağlı müxtəlif məlumatlar yayılır.
Lent.az-ın “Milliyet”ə istinadən məlumatına görə, Turqut Altınokun namizədliyini geri götürməsinə səbəb onun oteldə bir qadınla çəkilmiş seks video-kasetidir. Bələdiyyə sədrini həmin kasetlə şantaj edən şəxslər onun namizədlikdən çəkilməsinə nail olublar.
İddialara görə, 16 dəqiqəlik kaset 10 il əvvəl, 1999-cu il noyabrın 7-də çəkilib. Belə ki, tanınmış “razborşik”lərdən Köksal Avcı bundan bir neçə gün əvvəl Altınokun yanına gedərək, kiçik bir xahiş edib. Həmin vaxt da bələdiyyə sədri olan Altınok tanışının xahişini yerinə yetirib. Bundan sonra “razborşik” minnətdarlıq üçün bələdiyyə sədrinə hədiyyə olaraq, bir qadın göndərib. Altınokla bir otel otağında görüşən qadın otağa kamera yerləşdirib və yataq səhnələrini lentə alıb. Həmin qadın daha sonra kaseti Avcıya verib.
Avcı bir neçə gün sonra bələdiyyə sədrinin yanına təkrar gedib, şantaj edərək ondan 1 milyon dollar istəyib və həmin məbləği alıb. Ancaq bu pul ona cəmi 4 il kifayət edib. “Razborşik” 2003-cü ildə yenidən bələdiyyə sədrindən pul istəyib. Altınok isə pul vermək əvəzinə, hər şeyi İstanbul polisindəki yaxın qohumu, yüksək rütbəli zabit Ayxan Burana danışıb. Keçirilən əməliyyatla Avcı tutulub və ondan kasetin 3 surəti götürülüb, ancaq orijinalı tapılmayıb.
Aradan 6 il keçəndən həmin kaset internetdə yayılıb. Kaseti kimin yaydığı məlum olmasa da, Turqut Altınoku 15 ildir, tutduğu bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırmağa kifayət edib.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49