“Məni siqaret öldürdü”
Böyük Britaniyada baş daşına “Məni siqaret ödürdü” yazılmış məzar var.
Lent.az-ın Böyük Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu məzar “emvizem” (bədənin hər hansı yerində qazların toplanması) xəstəliyindən ölən Albert Uittamorun vəsiyyəti ilə hazırlanıb.
Bu xəstəlik qanın oksigenlə təminatında çətinlik olan zaman yaranır. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur. Duvr sakini olan Albert Uittamor gənc yaşlarından siqaret çəkib. 85 yaşlı Albert Uittamor ölümündən əvvəl vəsiyyət edib ki, onun cənazə maşınına və qəbrinə “Məni siqaret öldürdü” sözləri yazılmış plakat vurulsun. O hesab edib ki, bu, siqaret çəkməyə başlayan gənclər üçün bir xəbərdarlıq olacaq.
Albert Uittamorun cənazəsini aparan maşın və məzarına vurulan plakatlarda siqaret qutusu da əksini tapıb. Məzara vurulan plakat bir neçə həftə orada qalacaq.

Oxşar yazılar

Qadın çantasından 200 min dollarlıq lotereya bileti tapdı
9 may 2025 , 17:05
Maşını fanatı olduğu aktrisanın darvazasına çırpdı - Şok faktlar ÜZƏ ÇIXDI
9 may 2025 , 15:45
Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb
9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün vergilər artır
9 may 2025 , 11:51
PKK ləğv olur
9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var
9 may 2025 , 09:28