![“Əl-Qaida”nın Yəməndəki lideri həbs olundu](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“Əl-Qaida”nın Yəməndəki lideri həbs olundu
Əhməd əl-Hanak yaralı ələ keçib
Bu gün Yəmən xüsusi xidmət orqanları Səna şəhərindəki xəstəxanaların birində 3 yaralı döyüşçünü həbs ediblər.
Lent.az-ın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, bu üç yaralı “əl-Qaida” terror təşkilatına üzv olmaqda şübhəli bilinirlər.
Yəmən xüsusi xidmət orqanları bu şəxslərin böyük ehtimalla yanvarın 4-də keçirilən xüsusi antiterror əməliyyatı zamanı yaralandıqlarını güman edirlər. Həbs olunanlar arasında “əl-Qaida”nın Yəməndəki qanadının rəhbəri sayılan Əhməd əl-Hanak da var.
Qeyd edək ki, yeni il ərəfəsində Sənada səfirliyini bağlayan ABŞ Yəmən xüsusi xidmət orqanlarının yanvarın 4-də keçirdiyi əməliyyatdan sonra diplomatik missiyasının fəaliyyətini bərpa edib. Həmin əməliyyat vaxtı 2 terrorçu öldürülüb.
Bu həftənin əvvəlində ABŞ dövlət katibi Hillari Klinton isə Qətər şeyxi ilə telefon danışığı zamanı bildirib ki, “əl-Qaida”nın Yəməndəki aktiv qrupu regional və qlobal sabitlik üçün təhlükə törədir.

Oxşar yazılar
![ABŞ-dan sonra İsrail də BMT İnsan Hüquqları Şurasından çıxdı](https://lent.az/storage/news/2025/february/05/big/67a3abdd1082767a3abdd10828173877961367a3abdd1082567a3abdd10826.webp)
ABŞ-dan sonra İsrail də BMT İnsan Hüquqları Şurasından çıxdı
5 fevral 2025 , 22:20![Şahzadə IV Kərim Ağa Xan vəfat etdi](https://lent.az/storage/news/2025/february/05/big/67a2ebfc34aaf67a2ebfc34ab0173873049267a2ebfc34aad67a2ebfc34aae.jpg)
Şahzadə IV Kərim Ağa Xan vəfat etdi
5 fevral 2025 , 08:38![Paşinyan Azərbaycanla sərhəddə yerləşdirilən Aİ missiyasından danışdı](https://lent.az/storage/news/2025/february/05/big/67a2c551bbbce67a2c551bbbcf173872059367a2c551bbbcc67a2c551bbbcd.webp)
Paşinyan Azərbaycanla sərhəddə yerləşdirilən Aİ missiyasından danışdı
5 fevral 2025 , 06:03![ABŞ öz qoşunlarını Qəzzaya göndərə bilər](https://lent.az/storage/news/2025/february/05/big/67a2b8456839d67a2b8456839e173871725367a2b8456839b67a2b8456839c.webp)
ABŞ öz qoşunlarını Qəzzaya göndərə bilər
5 fevral 2025 , 05:07![Zelenski nüvə silahı istəyir](https://lent.az/storage/news/2025/february/04/big/67a25c2c4ca2667a25c2c4ca27173869367667a25c2c4ca2467a25c2c4ca25.jpg)
Zelenski nüvə silahı istəyir
4 fevral 2025 , 22:27![Dünyada elə bir ölkə var ki... orada insanlar 840 dildə danışır](https://lent.az/storage/news/2025/february/04/big/67a2209a0fc0b67a2209a0fc0c173867842667a2209a0fc0967a2209a0fc0a.jpg)
Dünyada elə bir ölkə var ki... orada insanlar 840 dildə danışır
4 fevral 2025 , 19:06![Dövlət qurumunun rəhbəri binadan yıxılıb öldü](https://lent.az/storage/news/2025/february/04/big/67a21c7fc84c167a21c7fc84c217386773752c5bc163f8d4fb078ac08ac4236acbfa.jpg)
Dövlət qurumunun rəhbəri binadan yıxılıb öldü
4 fevral 2025 , 18:53![Bir oyuna görə 45 min il azadlıqdan məhrum edildi](https://lent.az/storage/news/2025/february/04/big/67a208606521767a2086065218173867222467a208606521567a2086065216.jpeg)