Qızlar məktəbində yanğın: 37 şagird xəsarət alıb
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində qızların təhsil aldığı məktəbdə yanğın olub.
Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatına görə, hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib.
Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb.
İlkin məlumata əsasən, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzində - Urmiyadakı xəstəxanalarda yerləşdirilib. Onlardan 8 – nin sağlıq durumunun ağır olduğu bildirilib.
Baş vermiş olaydan sonra deputat Rəsul Xəzri hadisəyə görə məsuliyyəti rəsmilərin daşıdığını söyləyərək, təhsil nazirini istefaya çağırıb.

Oxşar yazılar

Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57