Rusiyada deputat itib - FOTO
Lent.az-ın “rbc.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Primorsk diyarı üzrə İstintaq İdarəsi Vladivostokda Vahid Rusiya Partiyasının üzvü, Dumanın deputatı Dmitri Sulyeyevin oğurlanması ilə bağlı daxil olan müraciəti araşdırır.
İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Avrora Rimskya deyib ki, itən deputatın həyat yoldaşı bununla bağlı müraciət edib: “Hazırda deputatın oğurlanması, yaxud oğurlanmaması barədə hər hansı nəticə çıxarmaq tezdir. Yoxlamanın nəticəsində prosessual qərar qəbul olunacaq”.
Qeyd edək ki, Dmitri Sulyeyev artıq neçə gündür ki, evə gəlmir, mobil telefonu söndürülüb. Dmitri Sulyeyev bu il oktyabrın 14-də Vladivostok Dumasının deputatı seçilib. O, şəhər parlamentində İqtisadi siyasət və bələdiyyə mülkiyyəti komitəsinin sədri olub. Bir il öncə isə Dmitri Sulyeyevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi ilə bağlı cinayət işi açılıb.
Dmitri Sulyeyevin rəhbərlik etdiyi şirkətə məxsus bir neçə binanı öz şəxsi mənfəəti üçün satmaqda günahlandırılıb. Yarım il ərzində deputat ev həbsində olub. Bu ilin avqustunda isə zamanı keçdiyi üçün işə xitam verilib.

Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24