Əfqanıstanda narkotik maddələr plantasiyası artır
21 noyabr 2012 07:49 (UTC +04:00)

Əfqanıstanda narkotik maddələr plantasiyası artır

Əfqanıstanda tiryək plantasiyalarının sayı bu il ötən illərlə müqayisədə 20 faiz artıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda BMT-nin hesabatında vurğulanıb. Məlumata əsasən, cari il əlverişsiz hava şəraiti ucbatından tiryəkin istehsalı 30 faizə yaxın azalıb.

Hakimiyyətin bu narkotik maddələrin istehsalına qarşı mübarizəsinə baxmayaraq, tiryəkin qiymətinin bahalanması kəndlilərin bu yöndə istehsalı artırmasına səbəb olub.

Mənbənin məlumatına əsasən, dünyadakı tiryəkin 90 faizi Əfqanıstanda istehsal edilir. Bu sahədən gələn gəlirin isə talibanın və ölkədəki başqa silahlı qrupların maliyyələşdirilməsinə sərf edilir.
# 1294

Oxşar yazılar