Putin rus dili haqqında qanunu təsdiqləyib
14 noyabr 2012 07:15 (UTC +04:00)

Putin rus dili haqqında qanunu təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin əmək mühacirlərinin rus dilindən imtahan verməsi haqqında qanunu təsdiqləyib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qanun 2012-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

Mənbənin məlumatına əsasən, rus dilini bilməsi təsdiqləndikdən sonra mühacirin Rusiyada işləməsi müddəti uzadılacaq.

Rus dili dövlət dili olan dövlətlərdə onu bilmək təsdiqlənməyəcək.
Qeyd edək ki, Dövlət Duması bu qanunu cari ilin oktyabrında təsdiqləyib.
# 3576

Oxşar yazılar