Rusiyada beş tacik diri-diri yandı
13 noyabr 2012 13:02 (UTC +04:00)

Rusiyada beş tacik diri-diri yandı

Rusiyanın Zabaykalye diyarının Aginski qəsəbəsində yanğın beş nəfərin ömrünə son qoyub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, yanğını söndürməyə gələnlər rastlaşdığı mənzərədən dəhşətə gəliblər. Yanğınsöndürənlər evdə beş nəfərin yanmış meyitini aşkarlayıblar.

Qonşuların verdiyi məlumata görə, həmin evdə Tacikistandan olan miqrantlar yaşayırmış.
Hazırda yanğının baş vermə səbəblər və həlak olanların kimliyi araşdırılır.
# 1027

Oxşar yazılar