Atatürkün ölümündən 74 il ötür
10 noyabr 2012 11:05 (UTC +04:00)

Atatürkün ölümündən 74 il ötür

Paytaxt Ankarada Atatürkün uyuduğu Anıtkabır önünə əklil qoyulacaq, 1 dəqiqəlik sükut elan olunacaq. Bu, Mustafa Kamalın gözlərini əbədi yumduğu yerli vaxtla saat 09:05-də (Bakı vaxtilə saat 11.05) baş verəcək.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 1881-ci il mayın 19-da Yunanıstanın Saloniki şəhərində anadan olub. Atası Əlirza bəy, anası Zibeydə xanımdır. İbtidai və orta təhsilini Salonikidə alıb, 1899-cu ildə Hərbiyyə məktəbinə daxil olub, 1902-ci ildə oranı bitirmişdir. Polkovnik rütbəsi ilə Çanaqqala savaşlarına qatılıb, 1916-cı ildə general rütbəsi ilə təltif olunub, Diyarbəkir Cəbhəsindəki 16-cı briqadanın komandanlığına gətirilib. 1918-ci il noyabrın 7-də Osmanlı padşahı tərəfindən geri çağırılıb və 1919-cu il aprelin 30-da Ərzurumda yerləşən 9-cu ordu müfəttişliyinə təyin olunub. Türk millətinin parçalanma və bölünmə təhlükəsi ilə üzləşdiyi vaxt Vətəni xilas etmək məqsədi ilə 1919-cu il mayın 19-da Samsuna ayaq basıb, düşüncələri səbəbi ilə iyun ayının 8-də təkrar İstanbula çağırılsa da, getməyərək vəzifəsindən istefa verib və Milli Azadlıq Hərəkatını başladıb. Sivas və Ərzurum konfranslarını keçirib, 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısını çağırıb, bir gün sonra onun sədri seçilib. 5 avqust 1921-ci ildə Məclis bütün səlahiyyətləri ona verərək Atatürkü Baş Komandan seçib, 19 sentyabr 1921-ci ildə Marşal rütbəsi və Qazi adı verib. 26 avqust 1922-ci ildə Böyük Hücumu təşkil edib, 30 avqust 1922-ci ildə Baş Komandanlıq Meydan Müharibəsini qazanıb. Padşahlığı və xəlifəliyi ləğv edib, bu haqda 1 noyabr 1922-ci ildə Böyük Millət Məclisi qərar verib. 9 sentyabr 1923-cü ildə özünün yaratdığı Cümhuriyyət Xalq Partiyasının sədri seçilib. Lozanna müqaviləsindən sonra 11 avqust 1923-cü ildə yenidən TBMM sədri seçilib, 29 oktyabr 1923-cü ildə - Respublikanın elan edildiyi gün Türkiyə Respublikasının prezidenti seçilib. Dörd dəfə dalbadal seçildiyi bu vəzifəni ömrünün sonuna qədər daşıyıb. 10 noyabr 1938-ci ildə dünyasını dəyişib. Fransızca və almanca bilirdi. Övladı yox idi.
# 876

Oxşar yazılar

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

13 may 2024 , 12:12
Şənlikdə atışma:  3 nəfər öldü

Şənlikdə atışma: 3 nəfər öldü

13 may 2024 , 07:49
Rusiyada güclü zəlzələ

Rusiyada güclü zəlzələ

13 may 2024 , 06:40
Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti  çıxarıldı  -YENİLƏNİB-4

Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB-4

13 may 2024 , 05:01
Putin Şoyquya yeni vəzifə  verdi

Putin Şoyquya yeni vəzifə verdi

12 may 2024 , 22:46
Rusiya Avropaya nə vaxt hücum edə bilər?  - Analitiklərin PROQNOZLARI

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

12 may 2024 , 19:31
Almaniyanın belə problemi var

Almaniyanın belə problemi var

12 may 2024 , 17:17
Sabahdan Kosovada bu pula qadağa qoyulur

Sabahdan Kosovada bu pula qadağa qoyulur

12 may 2024 , 16:12