Moskvada skinhed yürüşü
Rusiya paytaxtında rus millətçilərinin kütləvi aksiyası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rus marşı” adı altında keçirilən aksiya Moskva meriyası ilə razılaşdırılıb. “Milli Birlik Günü”nə həsr olunan aksiyada 10 mindən çox insan iştirak edib.
“Rus marşı” aksiyası Yakimanka və Krım küçəsindən başlayıb. Daha sonra isə Krım valı küçəsində yerləşən Mərkəzi Rəssamlar Evinin qarşısında davam edib. Aksiya iştirakçıları üzərində “Rusiya-rusların hakimiyyəti”, “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” və digər milliyyətçi şüarlar, o cümlədən müxalifətçi şüarlar olan “Putinsiz Rusiya” şüarı səsləndirilib. Aksiya iştirakçıları olan rus millətçiləri Cinayət Məcəlləsinin 282-ci “milliyətçilik zəminində nifrət və düşmənçiliyə təhrik etmə) maddəsinin ləğvini də tələb ediblər.
Qara maska geyinmək qadağan olunsa da, rus milətçiləri aksiyada bu qadağaya əməl etməyiblər.
2 min polis əməkdaşının asayiş çəkdiyi aksiya zamanı 25 nəfər saxlanılıb. Saxlanılan aksiya iştirakçılarının üzərindən üzərində faşist svastikası və digər simvollar olan plakatlar götürülüb.
Moskva polisinin yadığı məlumatada “Rus marşı” aksiyasında 6 min nəfərin iştirak etdiyi bildirilib.
Qeyd edək ki, Moskvada yaşayan xarici vətəndaşlar aksiyanın ləğv edilməsi üçün paytaxt bələdiyyəsinə müraciət ediblər. Lakin bələdiyyə onların müraciətlərini qəbul etməyib.
Özlərini “skinhed” (dazbaş) adlandıran rus millətçiləri 2012-ci il ərzində 11 qeyri-rus millətiindən olan şəxslərə hücum edərək onları qətlə yetiriblər. Rusiya İnsan Haqları Təşkilatı “SOVA”-nın açıladığı son məlumatda “skinhed”lərin irqçi hücumları nəticəsində bütün Rusiya ərazisində 11 nəfər öldürülüb, 149 nəfər isə yaralanıb. Məlumatda “skinhed”lərin hücumuna məruz qalanların əsasən Qafqaz və Mərkəzi Asiya vətəndaşları olduğu bildirilib.

Oxşar yazılar

ABŞ tarixində ilk dəfə belə addım atıldı
6 aprel 2025 , 14:24
İranda zəlzələ oldu
6 aprel 2025 , 14:13
Qonşular arasında qanlı dava- 5 ölü, yaralılar var
6 aprel 2025 , 10:32
Mask da Trampın rüsum siyasətinə qarşı çıxdı
6 aprel 2025 , 08:31
65 məktəbli içərisində ölü kərtənkələ olan nahardan zəhərləndi
6 aprel 2025 , 02:51
Prezidentin qardaşı Prezident Sarayının baş katibi təyin edildi
6 aprel 2025 , 01:49
İlon Maskdan dəhşətli proqnoz - Avropada silsilə terror hücumları olacaq
5 aprel 2025 , 21:32