Macarıstan «Cənub axını»nın tikintisinə razılıq verib
31 oktyabr 2012 21:57 (UTC +04:00)

Macarıstan «Cənub axını»nın tikintisinə razılıq verib

Rusiya ilə Macarıstan «Cənub axını» qaz kəmərinin ikincinin ərazisindən keçən hissəsinin tikintisinə sərmayə qoyulması ilə bağlı yekun qərar qəbul edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda «Qazprom»un mətbuat üçün açıqlamasında bildirilib.

Həmin sahənin uzunluğu 229 km-dir. Macarıstan qaz kəmərinin bu hissəsinin milli mahiyyət daşıdığını gizlətmir. Layihənin bu bölməsinin dəyəri hələ dəqiqləşdirilməyib.
# 740

Oxşar yazılar