Ermənistan idmançıları əsgərliyə getmək istəmirlər
31 oktyabr 2012 15:01 (UTC +04:00)

Ermənistan idmançıları əsgərliyə getmək istəmirlər

Lent.az-ın məlumatına görə, düşmən ölkənin yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Levon Culfalakyan belə deyib.

O bildirib ki, 18 yaşından bütün idmançılar hərbi xidmətə yollanmalıdırlar. Culfalakyan bu qanunla razılaşsa da, hökumətin qərarını xatırlatmağı lazım bilib: “Qərara əsasən, dünya və ya Avropa çempionatlarında ilk 6 yeri tutmuş idmançılar ordu idman klubunda xidmət keçməlidirlər. Lakin bizim 18 yaşınadək məhz belə nəticəyə imza atmış idmançılarımız azdır. İdmançılar adi hərbi hissəyə gedirlər və buna görə də onların çoxunu itiririk”.

Baş məşqçi təklif edib ki, Ermənistan hökuməti “Hərbi xidmət haqqında” Qanuna yenidən baxsın və idmançılarla bağlı bəndləri dəyişdirsin: “Bu problemlə əlaqədar bir çox idmançı Ermənistan çempionatlarında iştirak edə bilmir. Hazırda yığmada çıxış edən güləşçiləri dəyişdirməyə qadir pəhləvanlarımız azdır”.
# 918

Oxşar yazılar