Ağ ev təkzib edir
21 oktyabr 2012 07:58 (UTC +04:00)

Ağ ev təkzib edir

Ağ ev İranla Abş arasında ikitərəfli görüşün keçiriləcəyi haqda informasiya vasitələrində yayılmış xəbəri təkzib edib.

Lent.az-ın «VVC»-istinadən məlumatına görə, ABŞ prezident adminstrasiyasından bildirilib ki, İranla danışıqlar «5+1» çərçivəsində davam edəcək.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın adminstrasiyasından Tehranın nüvə fəaliyyəti ilə bağlı iki ölkə arasında danışıqlara başlanmasına dair razılıq əldə edildiyi barədə xəbər yayılmışdı.

Bu xəbər Obama ilə onun rəqibi Romni arasında prezident seçkisiqabağı sonuncu debat öncəsi açıqlanıb. Həmin debat ABŞ-ın milli təhlükəsizliyinə həsr ediləcək.

Sədrəddin Soltan
# 2323

Oxşar yazılar