Qəddafinin mətbuat katibi həbs edilib
20 oktyabr 2012 23:52 (UTC +04:00)

Qəddafinin mətbuat katibi həbs edilib

Liviya baş nazirinin dəftərxanasından yayılan məlumata əsasən, ölkənin keçmiş lideri Müəmmar Qəddafinin mətbuat xidmətinin katibi Musa İbrahim həbs edilib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş nazirin mətbuat xidməti bildirib ki, M.İbrahim bəni-Valid şəhərində, ölkədən çıxmağa cəhd edən zaman hərbçilər tərəfindən tutulub.

Yüksək vəzifəli hərbçilər isə onun həbs edilməsi ilə bağlı dəlil-sübut görməyənədək İbrahimin tutulmasına inanmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki,M.Qəddafinin ən yaxın adamlarından sayılan Musa İbrahimin tutulması ilə bağlı xəbərlər əvvələrdə yayılıb.
# 543

Oxşar yazılar