“Başımızın üstündə təyyarə uçur, haranı bombalayacaq, bəlli deyil” - EKSKLÜZİV
“Dünən gecə və səhərə yaxın Əsədin hərbi hava gücləri Hələbin türkmənlər yaşayan məhəllələrini təyyarələrdən bombalayıblar. Təkcə türkmənlərin arasında ölənlərin sayı 25 nəfərdir. Həlak olanlardan 4-ü, aralarında 3 aylıq körpə olmaqla bir ailənin üzvləridir”. Bu barədə Lent.az-a açıqlamasında Hələbdə yaşayan Əliheydər Bəydilli məlumat verib. Əliheydər hadisə yerindən, əsasən də Hələbin türkmənlər yaşayan Heydəriyyə məhəlləsinin bombalanmış küçələrindən fotolar da təqdim edib. Bu fotoların içində ən dəhşətlisi 3 aylıq körpə ilə anasının cansız bədəninin əks olunduğu görüntülərdir.
Əliheydər bəyin dediyinə görə, son iki gündə hava bombardmanları daha intensiv xarakter alıb. “Təkcə Hələb yox, Humus da dəhşətli bombardmanlara məruz qalıb. Müharibə başlayandan Humusda öldürülənlərin sayı 3 mini keçib. Bura kəndlərdə həlak olanların sayını da əlavə etsək, böyük bir rəqəm alınır” - deyə o, bildirib.
Onun dediyinə görə, elə bu dəqiqələrdə də təhlükə altındadırlar: “Başımızın üstündə təyyarələr uçur. Böyük ehtimalla, kəşfiyyat aparılır. Haranı bombalayacaq, bəlli deyil”.
Səbuhi Məmmədli

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24