“Zalımların yanında ola bilmərik”-AÇIQLAMA
05 oktyabr 2012 00:11 (UTC +04:00)

“Zalımların yanında ola bilmərik”-AÇIQLAMA

«Dünən gecə Ağcaqalada baş verən olayı bir ölkədə yaşanan çaxnaşmanın sərhəddən kənara təsir etməsi kimi qəbul edə bilmərik. Ard-arda gələn top mərmiləri nəticəsində Ağcaqala sərhəd bölgəsindəki vətəndaşlarımızı itirdik. Verdiyimiz notaya rəğmən Suriya bizi dinləmədi. Suriya tərəfindən bu ilk hücum deyil. Daha öncə 7 dəfə belə olub, amma onda insan itkisi olmamışdı».

Lent.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyanın ölkəsinə etdiyi son bombalı hücumla bağlı olaya münasibət bildirərkən deyib.

O, Suriyada iğtişaşlar başlayandan 30 min insanın öldürüldüyünü, Türkiyəyə 100 min suriyalının sığındığını bildirib, daha 2,5 milyon suriyalının da hazırda evlərindən didərgin düşdüyünü xatırladıb.

Ərdoğan Suriya ilə savaşmaq niyyətində olmadıqlarını vurğulayaraq, son il yarım ərzində Suriyada günahsız insanların qanının axıdılmasının dayandırılmasına çalışdıqlarını deyib: «Bir müsəlman qardaşın o birini qətlə yetirməsini qəbul edə bilmərik. Bu halda zalımların yanında ola bilmərik».

Baş nazir Türkiyənin vətəndaşlarını və sərhədlərini qorumağa qadir dövlət olduğunu deyib: «Bu məsələdə bizim qərarlılığımızı sınağa çəkməyə kimsə səy göstərməsin. Bütün bu olayların ardınca, bu gün daha bir top mərmisi Hatayın Altıngöz kəndinə düşdü. Bir tərəfdən yanlışlıq olduğunu deyirlər, o biri yandan isə yenə eyni şey təkrar olunur. Bu necə yanlışlıqdır? 8 dəfə yanlışlıq olar? Məclisdə hərbi əməliyyatlara qarşı çıxanlar tarix qarşısında hesabat verəcəklər».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51