Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırılan bu xırda daşlardan göz oxşayan görünüş əldə edəcəksiniz.
İllərdir vazkeçilməz trend olan dumanlı göz makiyajı 2023-cü ildə də öz aktuallığını qoruyub saxlayacaq.
Son zamanlar getdikcə populyarlaşan makiyaj trendlərindən biri də çillərdir. Hazırkı dövrdə saxta çil görünüşü makiyajın bir hissəsinə çevrilib. Bu yay xına ilə hazırlanmış çoxlu çillər görməyə hazır olun.
80-ci illərdə görməyə adət etdiyimiz mavi çalarları 2023-cü ildə yenidən bizə qayıdacaq. Mavi tonları göz makiyajına daxil etməklə, trendi asanlıqla tuta və gözlərinizi ön plana çıxara bilərsiniz.
Keçən mövsüm çoxlu parıltılı dodaq boyaları gördük. Bu “gloss”lar bu il də trendlər arasındadır. Amma 2023-cü ildə daha tünd tonlar ön plana çıxacaq. Çəhrayı rəngindən çox, bir az daha tünd tonlara üstünlük veriləcək.