Qadınları  cavan göstərən   geyimlər
04 noyabr 2023 19:20 (UTC +04:00)

Qadınları cavan göstərən geyimlər

Məşhur stilist Miranda Holder vizual olaraq qadınları gənc göstərən geyimləri açıqlayıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis ilk növbədə böyük ölçülü gödəkcələri, geniş cins şalvarları və çiyinli köynəkləri məsləhət görüb.

Belə geyimlər çiyinləri vizual olaraq düzəldir və bununla da sinə vurğulanır. 

"Əlavə olaraq, köynəklərlə mirvari boyunbağ taxmaqla üslubunuzu daha da nəzərəçarpan edə bilərsiniz", - Holder bildirib. 

Bundan əlavə, mütəxəssis müğənni Dua Lipa və model Bella Hadidin son vaxtlar geyinməyə üstünlük verdikləri jiletlərə diqqət çəkib . Holderin sözlərinə görə, onlar universaldır və istənilən məhsulla birləşdirilə bilər.

Digər şeylər arasında, atlaz ətəklər və “piercing” sırğalar sizi daha gənc göstərəcək qarderob əşyalarıdır. 

“Uzun sırğaları atın və əvəzinə “piercing” sırğalar taxın. Onlar nə qədər böyükdürlərsə, bir o qədər yaxşıdır. Ancaq onları heç vaxt boyunbağı ilə birləşdirməyin”, - Holder xəbərdarlıq edib.

Modelyer sonda uzunboğaz çəkmələri qeyd edib:

“Bu çəkmələrin müəyyən bir cazibəsi var. Digər ayaqqabılarda bu yoxdur. Zamşa materiallı ayaqqabılar seçməyiniz məsləhətdir”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19974
avatar

Sevinc Fərid

Oxşar yazılar