"Nənə donu"  2025-ci ilin yay dəbinə çevrildi
28 iyul 2025 11:20 (UTC +04:00)

"Nənə donu" 2025-ci ilin yay dəbinə çevrildi

Ağ, krujevalı və naxışlı, nənə tərzindəki paltarlar bu yayın dəbi oldu.

2025-ci ilin yayında “nənə donu” adlı dəb tərzi trendə çevrilib.

Lent.az bu donları təqdim edir:

Söhbət ağ, yüngül və fərqli kəsimlərə malik, gecə köynəklərini xatırladan paltarlardan gedir. Bu paltarlar pambıq, kətan və ya viskoz parçadan tikilə bilər və krujeva, əl işi naxışlar və ya büzmələr ilə bəzədilir. Bu üslubda paltarların aşağı dabanlı sandaletlər və hörmə çantalarla geyinilməsi tövsiyə olunur.

Qeyd olunur ki, hazırda bu cür geyimlər Isabel Marant, Zara, H&M, Mango və Valentino Garavani kimi məşhur brendlərin kolleksiyalarında geniş yer alır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar