Dırnaqlara necə  qulluq etmək   lazımdır?
25 yanvar 2022 21:52 (UTC +04:00)

Dırnaqlara necə qulluq etmək lazımdır?

Gözəl, baxımlı əllər qadınlar üçün qalın saç və hamar dəri kimi əhəmiyyətlidir. Sözsüz ki, dırnaqlara hər zaman qulluq və qidalanma ilə yanaşı, vitaminlər də lazımdır. Əgər orqanizmdə hər hansı bir vitamin və ya mineral çatışmırsa, dırnaqlarda bu zaman problemlər yaranır: quruyur, qat-qat olur, qırılır, eybəcər görünür və hətta göbələk xəstəliyinə də tutula bilir.

Lent.az dırnaqlarınıza evdə necə qulluq etməyin yollarını təqdim edir: 

Dırnaqlarınız tez-tez qırılırsa, onları xiyar suyunda 5 dəqiqə saxlamaq problemi həll edəcək. Xiyarda bol miqdarda A, E, B1, B2, B3, C vitaminləri, kalsium və dəmir var. Bu vitamin və minerallar sayəsində dırnaqlarınız qidalanacaq və qırılmasının qarşısı alınacaq.

Dırnaqlarınızı ağartmaq üçün limon suyunu pambıqla onlara yeridin və 10 dəqiqə gözləyin. Limon suyu və soda qarışığı hazırlayın, daha sonra dırnaqlarınıza çəkin. Bir az gözlədikdən sonra onları yuyun. 

Kokos yağı dırnaqlarınızı qidalandırır və nəmləndirir. Yağı əlinizə sürtərək dırnaqlarınızı masaj edin. 

İnfeksiyaya yoluxmuş dırnaqları müalicə etmək üçün su və alma sirkəsindən hazırlanmış məhlulda bir müddət isladın. Təxminən yarım saat belə saxlayın. Bunu daha tez həll etmək üçün pambıqla alma sirkəsini dırnaqlarınıza yeridə bilərsiniz. 

Sarımsaq antibakterial xüsusiyyətə sahibdir. Dırnaqlarınızda belə problemlər yaranarsa, bir neçə diş sarımsağı əzin və məcun hazırlayın. Sonra onu dırnağınızda zədələnmiş hissəyə çəkin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2594

Oxşar yazılar

"Bahalı"  görünən manikür

"Bahalı" görünən manikür

19 iyul 2025 , 15:52
İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

17 iyul 2025 , 10:29
Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

16 iyul 2025 , 15:04
Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri

14 iyul 2025 , 11:37
2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

14 iyul 2025 , 09:48
2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

12 iyul 2025 , 10:14
2025-ci ilin yayının  ən dəbli   geyimi - VİDEO

2025-ci ilin yayının ən dəbli geyimi - VİDEO

8 iyul 2025 , 10:29
Sizi istidən  xilas edə biləcək saç düzümləri

Sizi istidən xilas edə biləcək saç düzümləri

4 iyul 2025 , 10:29