Dəri ləkələrini necə aradan qaldırmaq olar?
02 iyun 2022 10:23 (UTC +04:00)

Dəri ləkələrini necə aradan qaldırmaq olar?

Dəri ləkələri bir çox qadının narahat olduğu problemdir. Cildin melanin piqment dəridə yığılıb qalması və dəri ləkəsinin yarandığı bölgədə çoxalmasına səbəb olur. Bəs, dəri ləkələrindən evdə xilas olmaq mümkündürmü? Məhz evdə dəri ləkələrindən qismən xilas olmanızı təmin edəcək müxtəlif maskalar var. 

Lent.az ləkələri qismən də olsa aradan qaldırmaq üçün istifadə oluna biləcək maskaları sizə təqdim edir: 

Soda maskası

Günəş ləkələrini aradan qaldırmaq üçün soda maskasından istifadə edə bilərsiniz. Soda maskası ləkələr üçün möcüzəvi bir həll yoludur. Bu maska dərini soyur və dəridəki ləkələri məhv edər. 

Maskanı hazırlamaq üçün 1 qaşıq süzmə qatığa yarım çay qaşığı soda tökün. 1 çay qaşığı da qarğıdalı unu əlavə edib qarışdırın. Bu maskanı ləkəli dərinizə tətbiq edib dərinizin həssaslığına görə təyin edəcəyiniz uyğun vaxt ərzində gözləyin. Həssas dərilər üçün 5 dəqiqədən çox qalmaması məsləhətdir. Yoxsa dəriniz yana bilər. Daha sonra soyaraq çıxarın və soyuq su ilə üzünüzü yuyun. 

Limon, bal və qatıq qarışığı ilə hazırlanan baxım maskası

Həftədə 1 dəfə tətbiq olunduğunda dəri ləkələrinin azalmasına köməkçi olur. 1 yemək qaşığı süzmə bal, 2 yemək qaşığı qatıq və 1 çay qaşığı limon suyunu qarışdırın. Qarışığı dəri ləkəsi olan bölgəyə sürtün. 15 dəqiqə gözləyib ilıq su ilə yaxalayın.

Tərkibindəki C vitamini ilə dərini qidalandıran çiyələk maskası:

Bu maskanı mövsümündə həftədə 1 dəfə tətbiq edə bilərsiniz. Dəri ləkələrinin azalması üçün köməkçidir. 5 ədəd çiyələyi çəngəllə əzərək püre halına gətirin və 2 yemək qaşığı ilıq südlə qarışdırın. Dəri ləkəsi olan bölgəyə masaj edərək sürtün. 20 dəqiqə gözləyib ilıq su ilə durulayın. 

Dəridə yaranan qaralmalar üçün maska

Kirşan, bal və limon suyu ilə hazırlanan maska köməyinizə çatacaq. 1 yemək qaşığı körpə kirşanı, 1 yemək qaşığı süzmə bal və 1 çay qaşığı limon suyu ilə qarışdırın. Alınan qarışığı qaralma və ləkə olan bölgəyə masaj edərək tətbiq edin. 20 dəqiqə gözləyib ilıq su ilə yaxalayın.

# 2499
avatar

Sevinc Fərid

Oxşar yazılar