Müxtəlif sahələrdə hər ilin öz dəbi olur. 2021–ci ildə xanımlar makiyaj edən zaman ilin əsas rənglərindən istifadə edə bilərlər.
Lent.az 2021-ci ilin makya trendlərini təqdim edir:
Romantik lavanta rəngi artıq 2021-ci ilin iddialı makiyaj rəngidir. Əvvəlcə 'Europhia' serialından qadınların marağına səbəb olan bu rəngin uzun müddət istifadə oluncağı təxmin edilir.
Laynerlər bu il dəbdə olacaq. Xanımlar 2021-ci ildə layner vaistəsilə gözlərinə “badam göz” görüntüsünü verəcəklər.
Həm dodaqlarda, həm də yanaqlarda qadınlar şaftalı tonlara üstünlük verəcək.
Ötən il dodaq və üz kremi seçimində mat görüntüyə üstünlük verilsə də, bu il parlatıcı rənglər və tonlar dəbdə olacaq.