Alt paltarı seçiməkdə çətinlik çəkirsiniz? Əslində qərar verməkdən əvvəl bir az düşünsəniz yaxşı olar.
Lenr.az xarici KİV-ə istinadən xəbər verir ki, qızların 70% -dən çoxu alt paltarını səhv seçir. Uğursuz seçim narahatlığa və gün boyu qaşıntı, qızartı, dəri zədələrinə səbəb ola bilər. Bu yazımızda sizi, düzgün alt paltarı haqda bilmədiklərinizə tanış edəcəyik.
Hansı alt paltarı gözəl, rahat və təhlükəsiz sayılır? Təbiiiki yer və zamandan asılı olaraq alt paltarı seçib geyinmək lazımdır. Gündəlik həyatda, məsələn, pambıqdan olan alt paltarlarından istifadə edə bilərsiniz və ya romantik gün üçün krujevalı alt paltarları seçmək olar.
Gündəlik üçün istifadəyə ən uyğun alt paltarı pambıqdan və ipəkdən olanlardır. Çünki pambıq və ipək gün boyu həm dərinizin nəfəs almasına həm də sizin rahat hərəkət etmənizə şərait yaradacaq. İdmana gedərkən də pambıq və ya ipək alt paltarına üstünlük verin. Sintetik alt geyimləri siz idman hərəkətləri etdikcə dərinizi sıxacaq və 2-3 saatlıq idmandan sonra dərinizdə alt paltarının qızartılarını görəcəksiniz.
Krujevalı, güpür və bu kimi xüsusi naxışlı, diqqət çəkən alt paltarlarını isə xüsusi günlərdə (yəni partnyorunuzla keçirdiyiniz xüsusi günlərdə) geyinə bilərsiniz. Bu cür alt paltarlarının gündəlik istifadəsi məsləhət deyil. Çünki ilk növbədə gün boyu naxışlı alt paltarı sizi sıxa bilər, tərlədə bilər. İş üçün bu cür alt geyimlərinin seçimi isə iş etikasına uyğun deyil. Çünki ofis geyimlərinin altından geyim koduna (dress code) uyğun alt paltarı seçilməlidir. Yəni aksesuarsız, bədən rənginə uyğun, naxışsız və üst geyimdən görünməyəcək alt paltarları.
Hamiləlik dövründə rahatlıq qadınlar üçün əsas amildir. Hamilə qadınların alt paltar seçimi xüsusi ehtiyyatla edilməlidir. Hamiləlik dövründə alt paltarı tikişsiz, pambıq və ya ipək, dar olmayan geyimlər olmalıdır. Çünki rahatlıq və keyfiyyət hamilə qadın üçün vacib amildir.
Büsthalter seçimi də tuman seçimi qədər həssasdır. Məsələn iri sinəli xanımlar nazik qayışlı, döş qəfəsini sıxan alt geyimlərdən uzaq durmalıdırlar. Bu həm narahatlıq yaradır həm də sağlamlığa ziyandır. Dar büsthalter geyindiyiniz zaman qan dövranı pisləşir, nəfəs alma və yemək yemə çətinləşir. Buna görə də döş ölçülərinə və bel ölçünüzə uyğun, qalın qayışlı büsthalter seçməklə həm rahat həm də gözəl görünəcəksiniz. Əks halda dar bir büsthalter üst paltarın altından xoşagəlməz görüntüyə səbəb olacaq.
«Tanga» və «thong» kimi tumanlar isə mikroblar və bakteriyalar üçün əvəzolunmaz tapıntıdır. Xüsusilə yay aylarında bu geyimlərə üstünlük verməməlisiniz. Çünki anus nahiyyəsində yerləşən bakteriyalar «tanga» və «thong» ipinin vasitəsi ilə vaginal bölgənizə tərəf gələ və arzuolunmaz xəstəliklərə yol aça bilər. Sidik kisəsinin iltihabı, sistit və s.
Qadın sağlamlığı və rahatlığı üçün ən məsləhətli modellər, şortlu modellərdir. Soyuq mövsümdə pambıq tuman və büsthalter, yayda isə ipəyə üstünlük verilməlidir.