Sevginin ömrü nə qədərdir?
01 sentyabr 2021 23:02 (UTC +04:00)

Sevginin ömrü nə qədərdir?

Araşdırmalar göstərir ki, illər sevgi və romantikanı öldürür.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, yeni evlənənlər üzərində aparılan bir araşdırma, son illərdə evliliklərin niyə tez bir zamanda bitə biləcəyini müəyyənləşdirib. Təəssüf ki, evlilikdə romantizm yalnız iki il 6 ay 25 gün yaşaya biləcək bir hissdir.

Romantika nədir?

Evliliyin birinci ildönümündən sonra kişi arıqlamağa çalışmır və ilk növbədə qarnı olur, qadın isə ərinə gözəl görünmək üçün sərf etdiyi vaxtı ev işlərinə və ən dəyərli vaxtının qalan hissəsinə sərf edir. Və beləliklə, münasibətin ilk günlərində az qala göylərə qaldıracaq bir duyğu birdən birə yox olur.

İngiltərədə beş min cütlük üzərində aparılan araşdırmada, qadın və kişinin çöldə əl-ələ gəzmələrinin bir müddət sonra lazımsız kimi görməsi müəyyən olunub. Araşdırmalara görə, gecə paltarları bir ildən sonra öz yerini pijamalarla dəyişir.

Bəs, nə etməli?

Mütəxəssislərin sözlərinə görə, bu xoşagəlməz halları aradan qaldırmaq üçün mübahisə etmək əvəzinə güzəştə getmək daha doğru olar. Sadə bir axşam yeməyində süfrəyə əlavə olaraq iki qırmızı şam qoymaq heç də pis olmaz. Qarşı tərəf bir şeyi istəmirsə, niyə də təkid edəsiniz ki?!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7254
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar