Qalmaqallı şəkildə  boşanan   MƏŞHURLAR
02 noyabr 2023 18:37 (UTC +04:00)

Qalmaqallı şəkildə boşanan MƏŞHURLAR

Lent.az boşanmaları dünyaya səs salmış məşhurlar barədə məlumat verir.

Donald Tramp və İvana Tramp cütlüyü 14 illik evlilik müddətində birgə səy və ideyalarla əsl imperiya qurublar. Lakin bütün bunlar 90-cı illərdə Donaldın Marla Maples ilə münasibətinin üzə çıxması ilə sona çatıb. Tezliklə İvana boşanmaq istəyib və keçmiş ərindən böyük sərvət qoparıb. Xanımı Donaldın evlilik zamanı ona təcavüz etdiyini söyləyərək onun qaranlıq tərəfini də açıb.

Hollivud ulduzları Conni Depp və Amber Hardın boşanması da dünyaya səs salıb. Cütlük cəmi 15 ay evli olsa da, arvadı Deppi ona psixoloji və fiziki şiddət göstərməkdə ittiham edərək boşanmaq üçün məhkəməyə müraciət edib. O, aktyorun onu döydüyünü və incitdiyini iddia edib, məhkəmə əvvəlcə onun xeyrinə qərar çıxarsa da, sonda Deppə bəraət verilib.


20-ci əsrin ən məşhur toylarından biri, şübhəsiz ki, şahzadə Çarlz və Diananın toyudur. Lakin onların ailə xoşbəxtliyi uzun sürməyib və 1996-cı ildə kraliça II Yelizavetanın təklifi ilə boşanma prosedurları başlayıb. Bu müddət ərzində Diana iddia edib ki, Çarlz onu indiki xanımı Kamilla ilə aldadıb. Diananın adı da sevgi qalmaqallarında hallanıb və o avtomobil qəzasında həlak olub. Bu qəzanın qəsdən təşkil edilməsi barədə iddialar da var.

Demi Mur və Eşton Ketçer cütlüyünün evliliyi aralarındakı yaş fərqinə baxmayaraq, uzun müddət ideal görünüb. Lakin bir müddət sonra Eştonun aktrisanı aldatması haqqında söz-söhbətlər yayılıb. Tezliklə Eşton boşanmaq üçün məhkəməyə müraciət edib . Boşandıqdan sonra Demi, aktyorun onu qrup seksə məcbur etməsi barədə qalmaqallı açıqlama verib. 

Cennifer Eniston və Bred Pitt cütlüyünün 5 illik evliliyi Ancelina Coliyə görə dağılıb.

Arvadından boşanıb Colini alan Pitt ona da sadiq qalmayıb və bu ailə də dağılıb. Məlum olub ki, Coli Bred Pitti izləmək üçün dedektiv tutubmuş. Pitt fransalı aktrisa Merion Kotiyar və uşaqlarının dayəsi ilə gizli eşq yaşayırmış. Ancelinanın Pittə ən böyük cəzası onun biznesinə bənzər biznes sahələri qurub rəqabət yaratması olub. Cütlük hələ də 6 uşağın hamiliyi və ortaq sərvətləri mövzusunda məhkəmələrdə sürünür.
 

# 4035
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar