Moskvada 60 yaşlı kişi sekslə məşğul olan zaman ölüb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Moskva vilayətindən olan kişi tanışının yanına gəlib. Cütlük gecə sevgi ləzzətlərinə qapılıblar və təqaüdçü bir anda özünü pis hiss edib və demək olar ki, dərhal ölüb.
Həyat əlamətləri göstərmədiyindən qadın qorxaraq qışqırmağa başlayıb və köməyə çağırıb. Qonşular polis və təcili yardım çağırıblar, həkimlər kişinin öldüyünü müəyyən ediblər.
İlkin məlumatlara görə, mərhumda qan laxtalanması baş verib.