Dünyaca məşhur ukraynalı Mila Kunis və həyat yoldaşı Eşton Katçer Rusiyanın hücumu səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalan qaçqınlara dəstək olmaq qərarı alıblar.
Lent.az xəbər verir ki, Hollivud ulduzları ianə kampaniyası başladıb və özləri də 3 milyon dollar yardım ediblər. Ümumilikdə cütlük 30 milyon dollar toplamağı planlaşdırır.
Onlar bu bərədə "Instagram" hesablarında məlumat yayıblar. Mila çıxışı zamanı ukraynalı olması ilə həmişəkindən daha çox fəxr etdiyini vurğulayıb.
Bundan başqa, Ukraynaya dəstək olanlar arasında Bleyk Layvli, Rayan Reynolds, Nataliya Vodianova və Ancelina Coli ölkədəki münaqişə qurbanlarına kömək etməyə hazır olduqlarını bəyan ediblər.